sehid

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi, hərbçi Rəşadət Piriyev qalıqları mayın 22-də Yeni Daşkənd kəndində dəfn edilib.

Globalinfo.az bildirir ki, vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Yeni Daşkənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə şəhidin doğmaları, hərbçilər, ictimaiyyət nümayəndələri, sakinlər iştirak ediblər.

Dəfn mərasimində hərbi orkestr Dövlət Himnini səsləndirib, yaylım atəşi açılıb.

***12:33

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi hərbçi Piriyev Rəşadət Əli oğlunun qalıqları mayın 22-də ailəsinə təhvil verilib.

Globalinfo.az bildirir ki, APA-nın Qarabağ bürosu xəbər verir ki, şəhidlə Bərdə rayonunun Yeni Daşkənd kəndində vida mərasimi keçirilir.

Şəhidin qalıqları kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Piriyev Rəşadət Əli oğlu 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub.

Birinci Qarabağ müharibəsində Kəlbəcər ərazisində gedən döyüşlərdə itkin düşüb.

Lent.az bildirir ki, şəhid Rəşadət Piriyev Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyevin qardaşıdır.

Rəşid Piriyev özü də 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır. O, Ağdərə istiqamətində gedən döyüşlərdə misilsiz sücaətlər göstərib.

6a101052496876a1010524968817794376506a101052496856a10105249686 1779437893 6a1010523cad56a1010523cad617794376506a1010523cace6a1010523cad1 1779437909 6a10105269e0b6a10105269e0c17794376506a10105269e086a10105269e09 1779437922 6a1010525f1c26a1010525f1c317794376506a1010525f1bf6a1010525f1c0 1779437974

Paylaş: