Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov jurnalistlərlə ayaqüstü söhbət edib.
Globalinfo.az xəbər verir ki o, WUF13 tədbiri çərçivəsində ərazidə olarkən media nümayəndələri ona yaxınlaşıb. Jurnalistlərin “Səhiyyə Nazirliyi sorğulara niyə cavab vermir?” suallarına belə reaksiya verib ki, nazirlik bütün sualları və sorğuları cavablandırır. Jurnalistlər isə mətbuat katibinin bu cavabı ilə razılaşmayıblar.
Pərviz Abubəkirovla jurnalistlərin qısa dialoqunun videosunu təqdim edirik:
Zaira Akifqızı
Globalinfo.az