bahar

“Bu müzakirə şəhərsalma, sosial rifah, dayanıqlı inkişaf və gender bərabərliyi arasında güclü əlaqənin mövcudluğunu bir daha göstərir”.

 Globalinfo.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında çıxışı zamanı Ailə Qadın və Uşaq Probleməri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, insanların həyat keyfiyyəti yalnız iqtisadi imkanlardan deyil, eyni zamanda təhlükəsiz, əlçatan və insan yönümlü şəhər məkanlarında yaşamaq imkanından da asılıdır.

 Komitə sədri qeyd edib ki, gender-həssas yanaşmalar şəhərlərin gələcəyini formalaşdıran strateji gündəliyin vacib hissəsinə çevrilib:

 “Uzun illər ərzində münaqişənin nəticələrini yaşamış bir ölkə kimi, Azərbaycan post-münaqişə dövründə dayanıqlı bərpa modeli və insan yönümlü şəhər inkişafını təşviq edir. Azad edilmiş ərazilərimizin genişmiqyaslı bərpası və yenidən qurulması prosesində müasir şəhərsalma prinsipləri və ağıllı həllər tətbiq olunur”.

Onun sözlərinə görə, 2024-cü ildə Bakıda keçirilmiş COP29 bir daha göstərdi ki, iqlim dayanıqlılığı, sosial inklüzivlik və şəhər inkişafı birgə şəkildə nəzərdən keçirilməlidir.

Ləman İmran
Globalinfo.az

Paylaş: