Rusiya Ukrayna ərazisindəki qərar qəbuletmə mərkəzlərinə zərbələr endirməyə hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatlarına əsaslanaraq özünün Teleqram kanalında yazıb.
“Bizdə Kiyevə zərbələr endirilməsi, eləcə də ordunun rəhbərliyinin, hökumət üzvlərinin və hərbi obyektlərin hədəf seçilməsi ilə bağlı sənədlər var. Onlar bu planı çoxdan hazırlayırlar. İndi isə İrandan sonra yenidən fəallaşıblar. Bizim harada olduğumuzu, hara getdiyimizi araşdırırlar”, — deyə Volodimir Zelenski vurğulayıb.
O əlavə edib ki, bu, təkcə onun şəxsi təhlükəsizliyi ilə bağlı deyil. Məsələ həm də Ukraynanın hərbi-siyasi rəhbərliyinin, kəşfiyyat və xüsusi xidmət orqanlarının digər nümayəndələrinin hədəfə çevrilməsi ilə əlaqədardır.
Əliyar Xəlil