Rəisidən terror aktı ilə bağlı bəyanat: Cəzalandırılacaqlar…

İran Prezidenti İbrahim Rəisi Kirman əyalətində SEPAH generalı Qasım Süleymaninin ölümünün ildönümü ilə bağlı keçirilən matəm yürüşlərində baş verən terror aktını pisləyən bəyanatla çıxış edib. 

Globalinfo.az xəbər verir ki, İran lideri bu hadisəni insanlıq əleyhinə cinayət kimi qiymətləndirib:

“Terror aktının təşkilatçıları və icraçıları müəyyən edilərək cəzalandırılacaq”.

İ.Rəisi yerli hakimiyyət orqanlarını zərərçəkənlərə yardım etmək üçün lazımi tədbirlər görməyə çağırıb.

O, həlak olanların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, partlayışlar nəticəsində ölənlərin sayı 188 nəfərə, yaralıların sayı 211-ə çatıb. İranın Səhiyyə Nazirliyi isə ölənlərin sayının 95 nəfər olduğunu açıqlayıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib. İran prezidentinin Türkiyəyə nəzərdə tutulan səfəri təxirə salınıb.