putin nuve

“Xabarovsk” sualtı qayığına “Poseidon” nüvə torpedasının yerləşdirilməsinin sualtı müdafiəsində güc balansını əhəmiyyətli dərəcədə dəyişdirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Asia Times” qəzetinin məlumatında bildirilib.

Nəşrdə Rusiyanın “Xabarovsk” sualtı qayığına “Poseidon” nüvə torpedasını yerləşdirməyə hazırlaşdığı bildirilir. Müəlliflər bunun çəkindirmə və sualtı müharibənin vacib elementinə çevrilə biləcəyinə inanırlar.

Həmçinin qeyd olunur ki, sualtı qayıq Rusiya Prezidenti Vladimir Putin tərəfindən 2018-ci ildə təqdim edilən strateji silah sisteminin bir hissəsi olacaq.

Nəşrin məlumatına görə, “Poseidon” raketdən müdafiə sistemlərini deşmək üçün nəzərdə tutulub və sahil şəhərlərinə, infrastruktura və düşmən təyyarədaşıyan qruplarına ciddi təhlükə yarada bilər.

Təxminən 135 metr uzunluğunda olan “Xabarovsk”, Borey sinifli SSBN və ilk “Poseidon” daşıyıcısı olan Belqorod sualtı qayığının dizayn elementlərini özündə birləşdirir.

Tahir Turan
Globalinfo.az

Paylaş: