tramp 2

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpin ilə çoxdan gözlənilən sammitdə iştirak etmək üçün Pekinə gəlib.

Globalinfo.az xəbər verir ki, CNBC-nin məlumatına görə, Trampı səfərdə ABŞ-ın ən dəyərli şirkətlərinin bir qrup yüksək vəzifəli rəhbəri müşayiət edir.

Biznes nümayəndə heyətinə “Tesla” şirkətinin baş direktoru Elon Mask və “Nvidia” şirkətinin baş direktoru Jensen Huang daxildir.

Dövlət başçıları arasında rəsmi qarşılanma mərasimi və ikitərəfli görüş sabah keçiriləcək, ardınca tarixi Cənnət Məbədinə səfər və dövlət ziyafəti baş tutacaq.

Amerika nümayəndə heyətinin cümə günü Çini tərk etməsi planlaşdırılır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: