SEPAH-ın Küveyt ərazisinə girdiyi iddia olunur.
Globalinfo.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Al Nahyan məlumat yayıb.
O, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Küveytə daxil olmasını pisləyib.
Nazirin sözlərinə görə, “SEPAH üzvləri Bubiyan adasına terror planı həyata keçirmək məqsədilə” daxil olublar.
Zayed bu addımı qanunsuz müdaxilə kimi qiymətləndirib və BƏƏ-nin yaranmış vəziyyətdə Küveytlə tam həmrəy olduğunu vurğulayıb.
O bildirib ki, regionun təhlükəsizliyini təhdid edən bu cür addımlar qəbuledilməzdir.
Tahir Turan
Globalinfo.az