“Qərbi Balkanları geri çəkməyə çalışan qüvvələr var”.
Globalinfo.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte deyib.
“Bu qüvvələr inkişafı pozmaq və regionu qeyri-sabitləşdirmək istəyirlər. Ancaq NATO əvvəlki problemlərini keçmişdə qoymağa hazırdır. NATO, ərazisindəki istənilən zərərli fəaliyyəti ifşa edəcək və onlara qarşı çıxacağıq. Daha təhlükəli bir dünyada yaşadığımız üçün güclü hərbçilər tərəfindən qorunan cəmiyyətlərə ehtiyacımız var. Rusiya hələ də Ukraynaya qarşı təcavüzkar müharibə aparmağa davam edir”, – deyə Baş katib vurğulayıb.
Əliyar Xəlil