putin zelenski

Volodimir Zelenski ilə Vladimir Putin arasında mümkün görüş anidən baş verməyəcək. Əgər Rusiyanın dialoqla bağlı siqnalları səmimidirsə, o zamanUkrayna da buna hazırdır.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov deyib.

O zarafatla bildirib ki, müharibə vəziyyətində olan ölkələr arasında dövlət telefon xətləri işləmir. Belə zənglər isə mobil telefonlar vasitəsilə edilmir.

Budanov qeyd edib ki, Ukrayna dəfələrlə həm bəyanatları, həm də addımları ilə müharibənin başa çatmasının və sülhün tərəfdarı olduğunu nümayiş etdirib. Çünki sülh sazişi zəiflik deyil, əksinə sağlam düşüncənin göstəricisidir.

Slovakiyanın baş naziri Robert Fitso Moskvaya səfərindən sonra bildirib ki,  Zelenski görüş istəyirsə, Putinə özü zəng etməlidir. Putin isə Zelenski ilə üçüncü ölkədə görüşə hazır olduğunu deyib. Lakin bunun yalnız yekun sülh imzalanacağı təqdirdə baş verəcəyini xatırladıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: