Kiyev xarici ölkələrin nümayəndələrinin 9 mayda Moskvaya səfər etməsini tövsiyə etmir.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında bildirib.
Ukrayna liderinin sözlərinə görə, Rusiyaya yaxın bir neçə ölkə iddia edir ki, nümayəndələrinin 9 mayda Rusiya paytaxtına gəlməsini istəyib.
“Qəribə bir xahiş… bu günlərdə biz bunu tövsiyə etmirik”, – deyə Zelenski bildirib.
Xatırladaq ki, mayın 4-də İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin sammitində Ukrayna Prezidenti 9 mayda Moskvada keçiriləcək Qələbə Günü şənliklərində Ukrayna dronlarının görünə biləcəyi ilə hədələyib.
Bunun ardınca Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələri tədbiri pozmağa cəhd edərsə, Kiyevin mərkəzinə zərbə endirəcəyinə söz verib. Nəticə etibarilə Müdafiə Nazirliyi Ukrayna paytaxtının sakinlərini və xarici diplomatları şəhəri tərk etməyə çağırıb.
Rusiya Xarici İşlər Nazirliyi daha sonra Zelenskinin təhdidlərinə cavab olaraq bütün akkreditə olunmuş diplomatik nümayəndəliklərə nota göndərdiyini bildirib.
Tahir Turan
Globalinfo.az