navai 1

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navainin (Nəvai Bəkirov) adı ötən gün iki faciəvi hadisə ilə gündəmə gəlib. Belə ki, əvvəlcə Moskvada 34 yaşlı aktrisa, Navainin də klipində rol almış bloger Kseniya Dobromilova motosikletlə vurularaq öldürülüb. Bu hadisədən bir qədər sonra isə Navai özü “Ferrari” markalı avtomobili ilə qəzaya düşüb.

Bir gündə Rusiya və Azərbaycanın gündəminə iki faciəvi hadisə ilə düşən Navai kimdir?

Globalinfo.az bildirir ki, əslən Gəncədən olan və “Navai” təxəllüsü ilə tanınan azərbaycanlı repçi, müğənni Nəvai Bəkirov 2 aprel 1995-ci ildə Rusiyanın Samara şəhərində anadan olub.

O, 6 yaşına qədər Rusiyanın müxtəlif şəhərlərində yaşayıb, daha sonra ailəsi ilə Gəncəyə köçüb. Bir neçə il sonra Moskvaya qayıdaraq ali təhsil alıb.

Navai uşaqlığının böyük hissəsini valideynlərinin işi ilə əlaqədar zooparklarda keçirdiyini bildirib. Ailə üzvləri zooparkda işlədiyi üçün onlar müxtəlif şəhərlərdə qısa müddətlərdə yaşamaq məcburiyyətində qalıblar.

Maddi imkanların məhdud olması səbəbindən Navai 11 yaşından işləməyə başlayıb. O, həmin dövrdə çayxanada ofisiant kimi gündə 4 manat qarşılığında çalışıb.

HammAli & Navainin klipindəki məşhur aktrisanın öldüyü qəzanın ANBAAN VİDEOSU

Motosiklet qəzasında ölən aktrisa Kseniya DobromilovaAQABcGaLSTTE948x Ck0kIzwjas2bmVKiEHUawJ0wiWGZra8 Ys6v1JLJ6T5hBp3p1QGJFKldB6QJ3S9HBaga7FU4L0

Nəvainin düşdüyü qəzadan sonra çəkilmiş foto

4 mart 2021-ci ildə qrup üzvləri fəaliyyətlərini dayandırdıqlarını elan ediblər. Daha sonra müəyyən dövrlərdə yenidən birgə layihələr təqdim olunub.

2025-ci ildə isə qrup tam şəkildə fəaliyyətini dayandırıb və hər iki ifaçı solo karyeralarını davam etdirib.

Navai şəxsi həyatını mediadan uzaq saxlamağa üstünlük verir və bu barədə ictimaiyyətə geniş məlumat vermir.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: