“Yanacağın bahalaşması və enerji bazarındakı gərginlik aviasiya sənayesində böhran yaradıb”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev deyib.
“May ayında dünya miqyasında 12.000 uçuş ləğv edildi. Proqnozlaşdırıldığı kimi, qlobal aviasiya şoku sürətlə yayılır.
Bu, digər sektorlarda daha ciddi böhranın xəbərçisidir”, – deyə o bildirib.
Dmitriyev bu şərhi “The Kobeissi Letter”də dərc olunmuş məqaləyə cavab olaraq yazıb.
Məlumata görə, son iki həftə ərzində aviaşirkətlər mövcud yerlərin sayını 2 milyon, may ayı üçün planlaşdırılan uçuşların sayını isə 12 min azaldıb. Bununla da mövcud yerlərin ümumi sayı 130 milyona çatıb.
Əliyar Xəlil
Globalinfo.az