Gemini Generated Image 4qpewz4qpewz4qpe

Ermənistanla Türkiyə arasında sərhədin açılması məsələsi, demək olar ki, hazır nöqtəyə gəlib, lakin tamamlanmalı bir sıra bürokratik və texniki işlər var.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç jurnalistlərə açıqlamasında deyib.

Qeyd edib ki, işlər tamamlanmadan və müəyyən məsələlər yekunlaşdırılmadan “sərhədi açdım” deyib insanları buraxmaq düzgün deyil.

“Fiber-optik kabellər çəkilməlidir. Təhlükəsizlik və gömrük əməkdaşları yerləşdirilməlidir. Bütün bunlar həyata keçirilmədən sadəcə “sərhədi açdım” demək düzgün olmaz”, – o əlavə edib.

Kılıç bildirib ki, hazırlıqlar tamamlanmadan sərhədin açılması yalnız formal addım kimi görünə bilər.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: