owl detail 620 61102f0a41f4b5d4bd84746794f33952

Rusiya hərbi rəhbərliyi Prezident Volodimir Zelenskinin 6 may gecəsi elan etdiyi “sükut rejimi”ni qəbul edib-etməyəcəyinə özü qərar verəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov deyib.

O bildirib ki, Ukrayna ərazisinə yeni zərbələrin endirilməsi ehtimalı da istisna edilmir:

“Zelenskinin niyə “sükut rejimi” elan etdiyini bilmirəm. Biz isə bunu Qələbə Günü münasibətilə 8–9 may üçün elan etmişik.

Əgər onlar bu rejimi pozsalar, Kiyevin mərkəzinə dərhal zərbə endiriləcək. Artıq bu barədə hərbi komandanlıq məlumat verib”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: