“Prezident Tamas Şuyok istefa verməyəcəyi təqdirdə ona qarşı impiçment prosesinə başlayacağıq”.
Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Magyar deyib.
O bildirib ki, məsələ ilə bağlı hakim “Tisa” Partiyasının parlament fraksiyasını məlumatlandıracaq:
“Bundan sonra deputatlar prezidentin səlahiyyətlərinin dayandırılması üçün prosedurlara start verəcəklər. Lazım gələrsə, konstitusiyaya dəyişikliklər də edilə bilər”.
Baş nazir hesab edir ki, Şuyok keçmiş hökumətin maraqlarını müdafiə edir və ölkənin birliyini təmsil etmir.
Prezident isə istefa tələblərini rədd edib və məsələ ilə bağlı hüquqi rəy almaq üçün Venesiya Komissiyasına müraciət edib.
Xatırladaq ki, Magyar daha əvvəl prezidentə mayın 31-dək könüllü şəkildə postunu tərk etməyi təklif etmişdi.
O, Avropa Komissiyasının sədri Ursula von der Leyen ilə görüşdən sonra da Şuyoku sərt tənqid etmiş və istefa verməyəcəyi halda hökumətin onu vəzifədən uzaqlaşdırmağa çalışacağını bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az