1687439770 rusiya ordusu 88888 1

Rusiya ilə NATO arasında müharibə 2029-cu ildən daha tez başlaya bilər.

Globalinfo.az xəbər verir ki, bunu alman politoloq və analitik Karlo Masala deyib.

“Bu, 2029 və ya 2030-cu illərdə, NATO-nun hazırda hədəflədiyi müddətdə baş verməyəcək. Daha tez baş verməsi gözlənilir”, – deyə o bildirib.

Ekspert vurğulayıb ki, Rusiyanın Ukraynadakı itkilərinə baxmayaraq, Almaniya ordusu Rusiya ilə müharibəyə hazır deyil:

“Berlin yeni silah sistemlərinin alınmasına və ya pilotsuz texnologiyaların inkişafına kifayət qədər diqqət yetirməyib”.

Qeyd edək ki, Rusiya ilə sərhəddə keçirilən “Northern Strike 26” artilleriya təlimi daha əvvəl Finlandiyada başlayıb.

Təlim 12 maya qədər davam edəcək və ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Norveç, Macarıstan, Polşa, Estoniya və Litva yer alacaq.

Tahir Turan
Globalinfo.az

Paylaş: