senat

ABŞ ordusu yaxın gələcəkdə İrana zərbə endirə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Demokrat senator Riçard Blumental “CNN”ə açıqlamasında deyib.

“İştirak etdiyim bəzi brifinqlərdən, eləcə də digər mənbələrdən əldə etdiyim məlumatlara görə, yaxın gələcəkdə hərbi hücumun başlaya biləcəyi təəssüratı yaranıb”, – Blumental bildirib.

O, bunu” insan itkisinə səbəb olacaq təhlükə” kimi qiymətləndirib.

“Bunun nə vaxt baş verə biləcəyini dəqiq deyə bilmərəm, amma potensial plan kimi çox ehtimal olunan bir seçimdir”, – deyə senator əlavə edib.

29 apreldə “Axios” ABŞ Mərkəzi Komandanlığının İran ərazisinə “qısa və güclü” zərbələr endirmək üçün bir plan hazırladığını açıqlamışdı.

Qeyd olunmuşdu ki, hücumlar yenidən başlasa, infrastruktur hədəfə alınacaq.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: