ABŞ İrana qarşı hərbi yolla məqsədlərinə nail ola bilməyib. Odur ki, indi istədiyini danışıqlar masasında əldə etməyə çalışır. Lakin Tehran güzəştə getmək niyyətində deyil.
Globalinfo.az xəbər verir ki, bunu İranın vitse-prezidenti İsmail Səqqab İsfahani deyib.
Onun sözlərinə görə, ABŞ qarşıya qoyduğu məqsədlərin heç birinə çata bilməyib. Belə şəraitdə danışıqlara üz tutması təbiidir.
O qeyd edib ki, özünü supergüc hesab edən tərəf qısa müddətdə başa çatdırmağı planlaşdırdığı müharibədə çıxılmaz vəziyyətə düşüb. İndi isə döyüş meydanında əldə edə bilmədiyini danışıqlar yolu ilə qazanmağa çalışır.
İsfahani vurğulayıb ki, İran danışıqlar prosesində güzəştə getməyəcək:
“İranın mövqeyi aydındır. Döyüş meydanında qəbul etmədiyimiz məsələlərə danışıqlar masasında da yox deyəcəyik”,-İran rəsmisi vurğulayıb.
Əliyar Xəlil