
Ukrayna Silahlı Qüvvələri Donetsk bölgəsində yerləşən komanda məntəqəsinə pilotsuz uçuş aparatları ilə hücum edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Bildirilir ki, əməliyyat zamanı 8 PUA hədəfi dəqiq şəkildə vurub:
“Hücum Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşlarının olduğu obyektə qarşı həyata keçirilib. Nəticədə 12 nəfər ölüb, 15 nəfər yaralanıb.
Tətbiq edilən dronlar 100 kiloqrama qədər partlayıcı daşıma qabiliyyətinə malikdir. Hədəfə alınan məntəqə diversiya əməliyyatlarının planlaşdırılması, kəşfiyyat şəbəkələrinin idarə olunması, şəxsi heyətin cəlbi və müxtəlif təxribat fəaliyyətlərinin koordinasiyası ilə məşğul olub”.
Safura Bənnayeva
Globalinfo.az