İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Kirman şəhərində ABŞ və İsrailin casus şəbəkəsini ifşa edib.
Globalinfo.az xəbər verir ki, nəticədə 51 nəfər saxlanılıb.
Bildirilib ki, kəşfiyyat xidmətləri ilə əlaqəli 3 casus qrupu ifşa olunub, “İnternational” terror şəbəkəsi ilə əlaqəli 6 media agenti ələ keçirilib.
Qeyd edək ki, aprelin 18-də İranda ABŞ və İsrail ilə əlaqədə şübhəli bilinən 69 nəfər həbs olunub.