emirlikler bab el mendeb e askeri us kuruyor

“Yəməndəki husilər Bab-əl-Məndəb boğazını bağlaya bilər”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə keçmiş rəhbəri Edvard Fişman deyib.

Onun sözlərinə görə, əsas sual yaxın günlərdə İranın husiləri bu addımı atmağa razı sala bilib-bilməyəcəyidir.

Keçmiş rəsmiyə görə, əgər Bab-əl-Məndəb bağlanarsa, enerji qiymətlərində ciddi artım qaçılmaz olacaq. Çünki bu boğaz Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirir və dünya neft daşımaları üçün əsas marşrutlardan biridir.

O, həmçinin bildirib ki, bölgədə gərginliyin artması qlobal enerji bazarına əlavə təzyiq yaradır.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: