Araqci 1 900x563 2

“İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ı İslamabadda aparılan danışıqların uğursuzluğunda günahlandırıb və tərəflərin anlaşma memorandumunun imzalanmasına çox yaxın olduğunu bildirib”.

Globalinfo.az xəbər verir ki, Əraqçi bu barədə sosial media hesabında paylaşım edib.

XİN başçısı bildirib ki, İran müharibəni dayandırmaq üçün 47 il ərzində ilk dəfə baş tutan intensiv və yüksək səviyyəli danışıqlarda ABŞ-la xoş niyyətlə çalışdı:

“Lakin İslamabad anlaşma memorandumu imzalanmasına cəmi bir neçə addım qalmış biz maksimalizm, şərtlərin daim dəyişdirilməsi və bloklama ilə üzləşdik. Heç bir dərs çıxarılmadı. Xoş niyyət xoş niyyət doğurur, düşmənçilik isə düşmənçilik yaradır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: