Ermənistan parlamentinin sədri Ruben Rubinyan Baş nazir Nikol Paşinyanın referendumla bağlı təklifini müxalifətə xatırladaraq, onun hakimiyyətdən getməsi üçün müxalifətin qarşısında real imkanın olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Rubinyan müxalifət nümayəndələrinə müraciətində Paşinyanın təklifinin mahiyyətini izah edib. Onun sözlərinə görə, Baş nazir referendumun keçirilməsinə mane olmamağı, nəticədə “xeyr” variantı qalib gələrsə, vəzifəsini tərk etməyi, “bəli” variantı qalib gəldiyi halda isə növbəti parlament seçkilərində namizədliyini irəli sürməməyi təklif edir:
“Əgər sizin əsas məqsədiniz Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdırsa, bunun üçün 100 faizlik imkanınız var. Bəs niyə bundan istifadə etmirsiniz?”
Safura Bənnayeva
Globalinfo.az