“Ukrayna Prezidenti Volodimir Zelenskinin Pasxa atəşkəsi ilə bağlı açıqlamalarında heç bir açıq təşəbbüs görmürük”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O vurğulayıb ki, Ukrayna hakimiyyəti, necə adlandırılmasından asılı olmayaraq, istənilən növ atəşkəsə nail olmağa çalışır.
30 martda Volodimir Zelenski bildirib ki, Moskvanın təklifi olarsa, Kiyev Pasxa atəşkəsinə hazırdır.
Əliyar Xəlil
Globalinfo.az