334614

***10:30

Amsterdamda “Avroviziya-2026” mahnı müsabiqəsi çərçivəsində müxtəlif ölkələrin təmsilçilərinin görüşü baş tutub.

Globalinfo.az xəbər verir ki, görüşdə ErmənistanAzərbaycan təmsilçilərinin ünsiyyəti diqqət çəkib.

Xəbəri videodan da izləyə bilərsiniz:

Belə ki, Ermənistan təmsilçisi Simon Ovannisyan konsertə fərqli kostyumda gəlib. Onun kostyumunun üzərində digər ölkələrin təmsilçilərinin ürək sözlərinin yazıldığı sarı kağızlar yapışdırılıb. Azərbaycan təmsilçisi Cəmilə Həşimova da Simonun kostyumundakı sarı kağıza ürək sözlərini yazıb.

Sosial şəbəkələrdə paylaşılan foto və videolarda onların mehriban olduqları aydın görünür. Sözügedən kadrlar sosial şəbəkəkənin Azərbaycan və Ermənistan seqmentində geniş müzakirələrə səbəb olub. Şəbəkə istifadəçilərin bir qismi bunu xalqlar arasında sülhə töfhə kimi qiymətləndirib. Digər qisim isə sülh olmadan belə səmimi münasibətin qəbuledilməz olduğunu vurğulayıblar.

Qeyd edək ki, 70-ci “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə mayın 16-da baş tutacaq.

Görüntüləri təqdim edirik:

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: