ahsen 1

Türkiyədə aparılan narkotik istintaqı çərçivəsində saxlanılan aktrisa Ahsen Eroğlu barəsində qərar verilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aktrisaya ölkə xaricinə çıxmaq qadağası qoyularaq sərbəst buraxılıb.

Qeyd edək ki, A.Eroğlu “Muhteşem Yüzyıl”, “İstanbullu gelin”, “Menajerimi ara”, “Kuzgun” və bu kimi məşhur seriallarda rol alıb.

Xatırladaq ki, Türkiyədə ötən ildən narkotiklə bağlı həyata keçirilən əməliyyat çərçivəsində aralarında Hadisə, İrem Derici, Birce Akalay, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlu, Doğukan Güngör, İsmail Hacıoğlu, Kemal Doğulu, Kaan Tangözenin də olduğu bir çox məşhur sima saxlanılıb və daha sonra sərbəst buraxılıb.

ahsen
Ekran %C5%9F%C9%99kli 2026 04 11 125305
Ekran %C5%9F%C9%99kli 2026 04 11 125329
Ekran %C5%9F%C9%99kli 2026 04 11 125427

Paylaş: