ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşmanın bağlanması ilə bağlı müddəti bir sutka uzadıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” nəşrinin jurnalisti Barak Ravid “X” sosial şəbəkəsində yazıb.
“Tramp İran üçün son müddəti daha bir sutka uzadıb”, – Ravid qeyd edib.
Qeyd edək ki, Tramp bazar günü “Fox News” telekanalına “sabah sövdələşmə bağlamaq üçün yaxşı şans” olduğunu bildirib.