“ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatları məqsədlərə çatanadək davam edəcək”.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“Prezident Tramp və ABŞ ordusu ilə tam koordinasiyada İrandakı terrorçu rejimi məhv etməyə davam edəcəyik”, – Baş nazir vurğulayıb.
Netanyahu əlavə edib ki, İsrail İran ordusunun komandirlərini hədəf alır, körpüləri bombalayır və infrastrukturu dağıdırr.
İsrail lideri İranın polad istehsalı imkanlarının 70 faizinin məhv edildiyini də açıqlayıb.