zelenski yeni

Ukrayna Moskvanın qeyri-müəyyən cavabına baxmayaraq, “Pasxa atəşkəsi” təklifini geri götürmür.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.

    “Pasxa ilə bağlı atəşkəs təklifimiz qüvvədə qalır”, – Ukrayna lideri vurğulayıb.

    O qeyd edib ki, Moskvanın Pasxa münasibətilə atəşkəs təklifinə reaksiyası qeyri-müəyyən olaraq qalır:

    “Biz hamımız onların mediada verdiyi cavabı gördük: sanki buna hazır deyillər. Bunun nə dərəcədə ciddi cavab olduğunu bilmirəm”.

    Ukrayna lideri əlavə edib ki, Kiyev artıq öz mövqeyini Amerika tərəfinə çatdırıb.

    Paylaş: