1749843956 2157379010
İsrailin müdafiə naziri İsrael Katz “Hizbullah”ın baş katibi Naim Qasım barədə sərt bəyanatla çıxış edib və onu Xameneinin taleyi ilə hədələyib.

Globalinfo.az xəbər verir ki, nazir Təl-Əvivdəki Kirya kompleksində arxa cəbhədəki vəziyyətlə bağlı müşavirə keçirib.

Toplantıda Baş Qərargah rəisi Eyal Zamir, hərbi kəşfiyyatın rəhbəri Şlomi Binder və digər yüksək rütbəli hərbçilər iştirak ediblər. Görüşün yekununda nazir bildirib ki, Pesax zamanı mülki şəxslərə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumlara görə məsul olanlar çox ağır bədəl ödəyəcəklər.

“‘Hizbullah’ terror təşkilatının baş katibi Naim Qasıma açıq mesajım var. Siz və tərəfdarlarınız bayram zamanı İsrailin mülki əhalisinə qarşı hücumların artmasına görə çox ağır bədəl ödəyəcəksiniz. Amma siz buna qədər yaşamayacaqsınız. Həsən Nəsrallah, Əli Xamenei, Yəhya Sinvar və ‘şər oxu’nun digər məhv edilmiş üzvləri ilə birlikdə cəhənnəmin dərinliklərində olacaqsınız”, — deyə Katz vurğulayıb.

Nazir həmçinin bildirib ki, onun qiymətləndirməsinə görə, İsrailin arxa cəbhəsi sabit qalır və hökumət ölkənin şimalında təhlükəsizlik vəziyyətini dəyişdirmək, eləcə də 2023-cü ildə baş verən hücumların təkrarlanmasının qarşısını almaq üçün tədbirləri davam etdirəcək.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: