İranın ali lideri Müctəba Xamenei “Hizbullah“ın baş katibi Şeyx Naim Qasimə məktub göndərib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb.
Xamenei ölkəsinin ABŞ və İsrailə müqavimət göstərəcəklərinə söz verib.
“Tehranın siyasəti düşmənlərə qarşı müqaviməti davamlı olaraq dəstəkləməkdə davam edir. Bu xətt İranın mərhum ali lideri Ayətullah Seyid Əli Xamenei və “Hizbullah”ın baş katibi Seyid Həsən Nəsrullahın tutduğu yola əsaslanır. Sözügedən mübarizədə dözümlülük şəhid İmamın ən görkəmli xüsusiyyətlərindəndir”, – deyə o bildirib.
Əliyar Xəlil
Globalinfo.az