FotoJet 3

Qubada silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Globalinfo.az-a bildirilib ki, Quba Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən rayonun Dəvədabanı yaşayış massivində yol kənarında 4 ədəd ov tüfəngi və 84 ədəd müxtəlif çaplı güllələr aşkar olunaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

40244d1f 849d 37bc b3a3 98918c8f00db

Paylaş: