X1q7U0wNnmr81yglu9GqKwB5jjlLb9Ylfjd3AnYI 1200

Xaçmaz rayonu, Cığatay kəndində yağan intensiv yağışlar nəticəsində yaşayış evlərinə su dolub.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Mülki müdafiə qoşunları və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Görülən tədbirlər nəticəsində köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Həyata keçirilən tədbirlər nəticəsində 5-i azyaşlı və 1-i əlilliyi olan şəxs olmaqla ümumilikdə 22 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

Paylaş: