Ukraynanın 2027-ci ilə qədər Avropa İttifaqına daxil olması qeyri-mümkündür, ölkə Aİ-yə üzv olmaq üçün sülhə nail olmalı və islahatlar həyata keçirilməlidir.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Aİ-nin Genişlənmə üzrə komissarı Marta Kos deyib.
Onun sözlərinə görə, Ukrayna qlobal rəqabət qabiliyyətinin artırılmasına kömək edə biləcək innovasiya, müdafiə və digər strateji sektorlarda Aİ üçün əsas tərəfdaşdır:
“Lakin buna baxmayaraq, Kiyevin gələn il Aİ-yə daxil olmaq ümidləri özünü doğrultmayacaq. Avropa İttifaqına üzv olmaq üçün Ukrayna iki əsas şərti yerinə yerinə yetirməlidir. Birincisi, sülh lazımdır – bu vacibdir. O zaman islahatlar həyata keçirməlidir. İnvestorlar Ukraynaya yalnız pul qazana bilsə və investisiyaları təhlükəsizlikdə olarsa gələcəklər”.