“İran–Azərbaycan sərhədində vəziyyət sakitdir”.
Globalinfo.az xəbər verir ki, bu barədə Ərdəbil vilayətinin sərhəd komandanı bildirib.
Məlumata görə, son 22 gündə sərhəddə hər hansı hərəkətlilik müşahidə olunmayıb.
Komandan qeyd edib ki, İran–Azərbaycan arasındakı 93 kilometrlik sərhəd xətti ölkənin ən təhlükəsiz sərhəd məntəqələrindən biridir.