Türkiyənin Ordu vilayətinin Ünyə rayonunda sahildə pilotsuz sualtı aparat tapılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, sualtı aparatın içində təxminən 2 tona yaxın sursat olub:
“Sözügedən vasitənin ABŞ-ın “Sierra Nevada Corporation” (SNC) şirkəti tərəfindən hazırlanmış AEGIR adlı insansız dəniz vasitəsi olduğu müəyyən edilib.
Bildirilib ki, İDV aidiyyəti qurumlar tərəfindən aparılacaq araşdırmadan sonra 2 mil (3218 metr – red.) metr açıqda məhv ediləcək”.
Sözügedən İDV-nin Ukrayna tərəfindən Rusiyaya qarşı istifadə edildiyi, hansısa bir səbəbdən sürüklənərək Türkiyə sahillərinə çatdığı deyilir.