Türkiyə Prezidenti Novruz bayramı münasibəti ilə Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələri təbrik edib.
Globalinfo.az xəbər verir ki, o, Qaziantepdə keçirilən tədbirə videomüraciət ünvanlayıb.
“Biz eyni duyğu ilə Novruz tonqalının ətrafına toplanırıq. Bunu daha da gücləndirəcək addım kimi Novruzu hamımız üçün ortaq günə çevirdik.
2026-cı ildə mövcud implusu artıracaq TDT ölkələrinin 13-cü Zirvə Toplantısına Türkiyədə ev sahibliyi edəcəyik.
Azərbaycandan Qazaxıstana, Qırğızıstandan Özbəkistana, Türkmənistandan Şimali Kipr Türk Respublikasına qədər bütün dost və qardaşlaırmızın Novruz bayramını ürəkdən təbrik edirəm”, – deyə Ərdoğan qeyd edib.