İsrail ordusu Livada quru əməliyyatına başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin ( İQQ ) mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələrinin bölmələri Livanın cənubunda terrorçuları müəyyən etmək və məhv etmək, eləcə də “Hizbullah”ın hərbi obyektlərini məhv etmək məqsədilə hədəflənmiş və məhdud əməliyyata başlayıb”, – deyə bildirilib.
Əliyar Xəlil
Globalinfo.az