
REKLAM BANNERİ
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin Rusiya ilə hərbi əməkdaşlığı barədə açıqlama verib və bunun “yeni bir şey olmadığını” bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “NBC News”a müsahibəsində danışıb.
Əlaqəli xəbər
HƏMAS-a ağır zərbə: “Nuxba” komandiri məhv edildi
Nazir qeyd edib ki, əməkdaşlıq keçmişdə də olub və gələcəkdə də davam edəcək. O əlavə edib ki, Rusiya İrana müxtəlif sahələrdə kömək edir.
NBC jurnalisti Rusiyanın İrana Yaxın Şərqdə ABŞ hərbi obyektlərinin yerini müəyyən etməkdə kömək edib-etmədiyini soruşub, lakin Əraqçi sualdan yayınıb.
Qeyd olunur ki, bir neçə gün əvvəl Əraqçi həmçinin Rusiyanın və Çinin İrana siyasi və digər sahələrdə dəstək verdiyini bildirmişdi.
Tahir Turan
Globalinfo.az
Globalinfo.az