20c72174 8c46 43ee b358 eb29b7cc2f5f

İsrail Silahlı Qüvvələri (IDF) Livanla həmsərhəd olan şimal sərhəd bölgəsindəki əməliyyatlarını gücləndirməyə davam edir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Nyusflare” məlumat yayıb.

Bildirilir ki, sərhədə yaxın strateji toplama məntəqələrində İsrailə məxsus ağır tanklar və digər zirehli texnikalar yerləşdirilib.

Yayılan görüntülərdən görünür ki, İsrailin “Merkava” tipli əsas döyüş tankları sərhədyanı ərazilərdə kritik mövqelərdə dayanıblar.

Qeyd olunub ki, sözügedən addım Livan sərhədində bombardmanların şiddətlənməsi ilə əlaqədardır.

c53c9ee1 fe7f 4cf4 a340 97ac58b0174c fb37b949 2b46 4ff9 a642 3b188cf5315a

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: