m 1

Sosial şəbəkələrdə İran ordusu ilə bağlılığı iddia olunan görüntülər yayılıb. Videoda İranın Loristan vilayətində yerləşən hərbi hissələrdən birindən olan hərbçi danışır. O bildirir ki, sıravi əsgərlər faktiki olaraq komandanlıq tərəfindən taleyin ümidinə buraxılıb və mümkün hava zərbələri təhlükəsi fonunda hərbi obyektlərdə dəstəksiz qalıblar.

Globalinfo.az xəbər verir ki, hərbçinin sözlərinə görə, bəzi komandirlər bombardman ehtimalından qorxaraq mövqelərini tərk ediblər.

O iddia edir ki, nəticədə sıravi əsgərlər lazımi rəhbərlik və koordinasiya olmadan xidmət aparmaq məcburiyyətində qalıb.

Videoda çıxış edən hərbçi həmçinin qeyd edir ki, əsgərlər səhraya və çöl ərazilərinə yaxın yerlərdə yatmağa məcbur qalırlar. Onun sözlərinə görə, hərbçilərə nə lazımi köməklik göstərilir, nə də hər hansı dəstək verilir.

Həmin görüntülərin nə vaxt çəkildiyi və iddiaların doğruluğu isə hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: