Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi” müzakirəyə çıxarılıb.
Globalinfo.az xəbər verir ki, müzakirələrdən sonra müzakirəyə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
***11:07
Milli Məclisin bugünkü plenar iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi müzakirəyə çıxarılıb.
Globalinfo.az xəbər verir ki, məruzəni ombudsman Səbinə Əliyeva təqdim edir.
Sənəddə Ombudsman təsisatı tərəfindən 2025-ci ildə görülən işlər, vətəndaşların müraciətləri ilə əlaqədar atılmış addımlar və növbəti dövr üçün Ombudsmanın təklifləri yer alıb.
Təqdimatdan sonra deputatlar məruzəni müzakirə edəcəklər.