unSgeQlfyJSFBlk4n3cdznC3weu3ijxPHL6LyDHB 1200

Türkiyəİran sərhədində insanların keçidi qarşılıqlı şəkildə dayandırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə ticarət naziri Ömer Bolat məlumat yayıb.

O bildirib ki, Türkiyəİran sərhədindəki Ağrı-Gürbulak, Van-Kapıköy və Hakkari-Esendere gömrük keçidlərində fövqəladə vəziyyət yoxdur.

Ö.Bolatın sözlərinə görə, ticarət yük daşımaları nəzarət altında davam edir:

“Son dövrdə bölgəmizdə baş verən və qlobal səviyyədə təsirləri hiss edilən inkişaflar çərçivəsində, Türkiyənin İranla olan gömrük keçidlərindəki mövcud vəziyyət geniş şəkildə qiymətləndirilir, inkişaflar gömrük qurumumuz tərəfindən anbaan izlənilir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: