israil ve abd irana saldirdi rusyadan ilk tepki geldi 1773925 202602281224 20260228122435 2

İsrail Müdafiə Qüvvələri İrandan İsrail ərazisinə doğru yeni raket atışlarının aşkar edildiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Ordunun yaydığı məlumata görə, İDF bu yaxınlarda İrandan İsrail ərazisinə doğru atılan raketləri aşkar edib. Müdafiə sistemləri təhlükəni dəf etmək üçün çalışır.

Bildirilib ki, son dəqiqələr ərzində Cəbhə Komandanlığı təsirlənə biləcək ərazilərdə yaşayan əhaliyə mobil telefonlar vasitəsilə xəbərdarlıq göndərib. Sakinlərə təhlükəsizlik təlimatlarına əməl etmək və sığınacaqlara çəkilmək tövsiyə olunub.

Bundan əvvəl İMQ İranın raket və hava hücumundan müdafiə sistemlərinə qarşı daha bir zərbə dalğasının başa çatdığını açıqlamışdı.

Qeyd olunub ki, hərbçilər əvvəllər hədəfə alınmayan bir neçə buraxılış məntəqəsi də daxil olmaqla, İranın qərb və mərkəzi bölgələrindəki hədəflərə zərbələr endiriblər.

Tahir Turan
Globalinfo.az

Paylaş: