
Türkiyə Dezinformasiya ilə Mübarizə Mərkəzi İranla sərhəddən qanunsuz keçidlərin olduğuan dair yayılan məlumatları təkzib edib.
Globalinfo.az xəbər verir ki, mərkəz, İrandan qeyri-qanuni şəkildə Türkiyəyə keçidin olduğu iddi edilən görüntülərə münasibət bildirib.
Sözügedən görüntülərin dezinformasiya olduğu vurğulanıb:
“Görüntülərin qeyri-müəyyən zaman və məkana aid köhnə çəkilişlər olduğu və son regional hadisələrdən sonra qəsdən təkrar yayıldığı müəyyən edilib.
Onların Türkiyə sərhədi ilə əlaqəsinə dair konkret məlumat yoxdur. Bu cür paylaşımlar sərhəd təhlükəsizliyini hədəf alaraq ictimaiyyətdə mənfi rəy yaratmağı hədəfləyir. Türkiyənin sərhəd təhlükəsizliyi çoxqatlı sistemlər vasitəsilə 24/7 təmin edilir.
Əsassız iddialara etibar etməmək və yalnız rəsmi orqanların açıqlamalarının nəzərə alınması qəti şəkildə xahiş olunur”.
Videonu təqdim edirik:
Gülnar Səlimova
Globalinfo.az