iran abs 900x600 1

ABŞ və İran arasında Cenevrədə baş tutan danışıqlar çərçivəsində, İranın nüvə proqramı ilə bağlı müzakirələr planlaşdırıldığı kimi davam edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə adı açıqlanmayan yüksək vəzifəli Amerika rəsmisi deyib.

O, görüşlərin gözlənildiyi kimi keçdiyini açıqlayıb.

Xatırladaq ki, hər iki tərəf bu danışıqlarda qarşılıqlı mövqeləri və son sənəddə nəzərdə tutulan ümumi prinsipləri müəyyənləşdirməyə çalışır. ABŞ nüvə proqramının məhdudlaşdırılmasını və qarşılığında sanksiyaların azaldılmasını təklif edir, Tehran isə bu şəraitdə danışıqların bərabər hüquqlarla aparılmasını istəyir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: