son dakika israilden tebrize yeni saldiri iran 3 ulkeyi

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında İsrailABŞ hərbi qüvvələri İrana hücum edib.

Cenevrədə İranABŞ danışıqları müsbət nəticələnmiş, Vyanada 1-2 martda danışıqlar davam edəcəkdi. Bu qəfil hücumun səbəbi nədir?

Globalinfo.az-a danışan güneyli jurnalist yazar Teoman Şahin bildirib ki, danışıqlardan sonra Cey Di Vens müsahibəsində İrandan istədiklərini əldə edə bilmədiklərini bildirdi:

“Trampın keçmişdəki addımlarından gördüyümüz kimi, o, çox səbirli siyasətçi deyil. Onun İrana verdiyi son şansı cümə axşamı idi. Bildiyiniz kimi, bu gün hücuma İsrail başladı, sonra Amerika onu dəstəklədi. Onların məqsədi rejim dəyişikliyidir.

teoman sahin

Teoman Şahin

Hazırda Rza Pəhləvidən başqa namizəd görünmür. Amma düşünürəm ki, İranın reaksiyası çox əhəmiyyətlidir. Amerika orada uzunmüddətli müharibəyə girmək istəmir, ona görə də hücumlar intensiv olacaq. Son məlumata görə, onlar ordu rəisini vurublar. Təbrizə də hücum olub. Ərdəmlidə kiçik bir hərbi bazaya zərbə endirilib, lakin Təbrizdəki hücum şiddətli olub. Bunun səbəbi insanların orada əmanətlərini yerləşdirməsidir. Çox kritik bir vaxtdır.

Düşünürəm ki, İran müvafiq şəkildə cavab verəcək, amma vəziyyət pisləşərsə, itirəcək heç nələri qalmayacaq və buna görə də regionda müharibəni başlada bilərlər. Amma Amerika da buna hazırlıqlı gəlib. İran İsrailə 30 raketlə hücum etdi. Çox güman ki, Hörmüz boğazını bağlamağa çalışır. Əbu-Dabi, Küveyt və Behreyndə partlayışlar baş verdiyi bildirilir”.

Güneyli hüquq müdafiəçisi Saleh Kamrani isə deyib ki, bir neçə saatdır ki, İranın bütün ərazisinə hücumlar başlayıb, amma ən çox Təbriz, Tehran, Qəzvin və digər şəhərlərdəki hərbi bazalar vurulur:

Saleh Kamrani 1

Saleh Kamrani

İran buna cavab olaraq ABŞ-ın regiondakı hərbi bazalarına hücumlar təşkil edib. Trampın dediyinə görə, əməliyyatlar dörd gün davam edəcək. Məqsəd İranın hərbi gücünü və nüvə təhlükəsini aradan qaldırmaqdır. Münaqişənin nə qədər uzanacağını indidən demək mümkün deyil. Rejiminin dayaqlarının bu dörd gündən sonra nə qədər zəifləməsindən asılı olaraq İran xalqı tərəfindən rejim dəyişikliyi baş verə bilər.

İran məsələni uzatmaq və daxildəki etirazları yatırmağa zəmin yaratmaq məqsədilə daha çox ölkəni bura cəlb edə bilər”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Paylaş: