Zaur Nəbioğlunun aparıcılığı ilə ATV-də yayımlanan “Rəngarəng” proqramının yayımının dayandırılması ilə bağlı məlumat yayılıb.
Globalinfo.az bildirir ki, “Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün telekanalın Mətbuat xidməti ilə əlaqə saxlayıb.
Cavab olaraq bildirilib ki, yayılan xəbər doğru deyil, veriliş bağlanmayıb.
Qeyd edək ki, bu gün ATV-də proqramın təkrar buraxılışlarından biri yayımlanıb.
***12:20
Azərbaycanın televiziya məkanında reytinqli verilişlərin ard-arda bağlanması ilə bağlı gərginlik davam edir.
Globalinfo.az xəbər verir ki, Elgiz Əkbər və Tolikin proqramlarından sonra, ATV-də yayımlanan və Zaur Nəbioğlunun təqdim etdiyi “Rəngarəng” verilişinin də yayımı dayandırılıb.
Hazırda kanalın efirində proqramın yeni buraxılışı deyil, film nümayiş olunmaqdadır.(milli.az)