1742363191 1742230521 tramp

ABŞ Prezidenti Donald Tramp Qrenlandiyaya xəstəxana gəmisi göndərdiyini elan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Truth Social”da məlumat paylaşıb.

ABŞ liderinin sözlərinə görə, missiyanın məqsədi yerli əhaliyə tibbi yardım göstərməkdir.

“Luiziana ştatının qubernatoru Ceff Lendri ilə birlikdə Qrenlandiyaya gözəl bir xəstəxana gəmisi göndəririk ki, orada xəstə və baxımsız qalan çoxsaylı insanlara qayğı göstərək. Gəmi artıq yola düşüb!”, – deyə Tramp yazıb.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: